Makedoniyalı məşqçi:

Makedoniyalı məşqçi:

"Hər iki komandaya uğurlar arzulayıram. Çünki bunlar oynadığım klublardır. Rəqiblər təxminən bizimlə eyni səviyyədədir. Onlar daha çox fiziki futbola üstünlük verirlər. Bu baxımdan texniki cəhətdən də daha güclüdürlər".

24Media "İnfOSport" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib. 

Keçmiş hücumçu Azərbaycan klublarının əvvəlki kimi olmadığını bildirib. Beqiri Azərbaycanda son 5-8 ildə futbola çox sərmayə qoyulduğunu söyləyib: "Komandalarımızın işi asan olmayacaq. Azərbaycan klubları infrastruktura görə də bizdən öndədirlər. Amma koronavirus səbəbindən mərhələlər bir matçdan ibarətdir. Bu da vəziyyəti dəyişəcək və daha çox taktiki mübarizə olacaq. Yaxşı hazırlaşan tərəf növbəti mərhələyə yüksələcək".

Kosovonun "Ferizay" klubunun sabiq baş məşqçisi "Şkendiya" və Şkupinin keyfiyyətlərinə inandığını vurğulayıb: "Kollektiv şəkildə mübarizə apara bilsələr, uğur qazana bilərlər. Müasir futbolda komanda oyunu önəmlidir. Həm “Şkendiya”, həm də “Şkupi”nin heyətini gücləndirdiyini nəzərə alsaq, şansları yüksək qiymətləndirirəm".

Qeyd edək ki, "Şkendiya" "Sumqayıt"la, "Şkupi" isə "Neftçi" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma avqustun 27-də saat 20:00-da Bakıda keçiriləcək.