Mac DeMarcodan yeni demo - "Fooled By Love"

Mac DeMarco onlayn qoşulduğu "Stefen Kolbertlə Gecə Şousu" verilişində dinləyicilərinə məlum olmayan yeni mahnısını ilk dəfə səsləndirib. 24 Media bildirir ki, "Fooled By Love" adlı mahnı ifaçının "Here Comes The Cowboy" albomundan bu yana paylaşdığı ilk təzə mahnısıdır.

"Stefen Kolbertlə Gecə Şousu"nun pandemiya dövründən bu yana başlatdığı #PlayAtHome seriyasının qonağı olan DeMarco yeni mahnısını səsləndirərkən verilişin musiqi direktoru Con Barist onu piano ilə müşayiət edib.

Qeyd edək ki, Mac DeMarcodan əvvəl Tame Impala, Black Pumas, HAIM, Wilco və Laura Marling kimi adları qonaq etmiş verilişin digər bölümlərinə buraya klikləyərək baxa bilərsiniz.