Məşhur yazarların qəribə xüsusiyyətləri

Məşhur yazarların qəribə xüsusiyyətləri

Yazarlar qeyri-adi məntiqə, baxış bucağına və həyata malik insanlardır. Belə ki, onlar nəinki öz yaşadıqları dövrə, hətta sonrakı əsrlərə də öz imzaları ilə təsir edə bilirlər. Bu böyük insanların qəribə həyatları və vərdişləri isə həmişə oxucularda maraq oyadır.

1. "Kvazimodo"nun yaradıcısı - Viktor Hüqo

"Səfillər""Notr-Dam kilsəsi" kimi məşhur əsərlərin müəllifi olan Viktor Hüqonun "qocalmaq" qorxusu var idi. Belə ki, o, bədənini gümrah saxlamaq üçün hər səhər buzlu suda yuyunar, səsi gözəl çıxsın deyə çiy yumurta içərdi. Pis görünmək vəsvəsəsi olan yazar hər zaman səliqəli geyinər, hər gün bərbərə gedib saçını kəsdirər, dəqiqələrlə güzgüdə öz əksinə baxardı. Bəlkə də özünə bu qədər diqqət etdiyi üçün 83 yaşına qədər yaşamışdı.

2. Əsərlərini gecə yazan adam - Mark Tven

İlk amerikan yazıçısı olaraq tanınan Mark Tvenin bir xəstəliyi var idi - insomniya, yəni yuxusuzluq. Tven gecələr yata bilmir, məcburən çalışır, sonra da heç gözlənilməyən yerlərdə - gah bir parkda, gah da hamamda yatıb qalırdı. Məşhur yazıçı rahat yuxuya o qədər həsrət qalmışdı ki, bir dəfə öz yaxınlarına: "Mənə rahat yata biləcəyim bir yataq verin, sizə ölümsüz şah əsərlər yaradım", - demişdi. O, heç cür bu xəstəliyin üstəsindən gələ bilmədi. Amma yuxusuzluq xəstəliyi ilə də ölümsüz şah əsərlər yaratmağı bacardı.

3. Şücaətinin səbəbi xəcaləti idi - Ceyn Ostin

İngilis ədəbiyyatının ən görkəmli yazarlarından biri olan, vəfat edənə qədər evlənməyib ailəsi ilə birgə yaşayan və buna qarşılıq olaraq yazdığı romanlardakı bütün qadın personajları evləndirən, "Qürur və qərəz"in müəllifi Ceyn Ostin o qədər utancaq olub ki, yazdığı əsərlərin heç kəs tərəfindən oxunmasını, görülməsini istəməyib. O, yazı yazarkən yanına hətta ailə üzvlərindən biri də gəlsə tələsik öz yazdıqlarını gizlədirmiş. 

4. Yaxşı bir ovçu, yaxşı bir aşpaz və yaxşı bir roman yazarı - Ernest Heminquey

Ölümə qarşı içində həmişə bir ehtirasla yaşayırdı. Dostlarının sözlərinə görə, dünyanın harasında bir müharibə meydana gəlsə Heminquey orda idi. Ovçuluğa və təbiətə aşiq idi, ovladığı heyvanları özünəməxsus şəkildə bişirib ləzzətli təamlara çevirməyə də. Silahları və içkini çox sevirdi. Bu xüsusiyyətləri ilə tipik bir amerikalı idi əslində. Ov tüfəngi ilə öldürdüyü son canlı isə özü idi...

5. Həyatı boyu "Barleykorn"dan uzaqlaşmadı - Cek London

Cek London ən yaxın dostu olan "Con Barleykor"nu o qədər sevirdi ki, onu yanından heç ayırmırdı. Hətta bu dərin dostluğa ithafən 1913-cü ildə çap edilən bir kitab da yazmışdı:"John Barleycorn"

Əslində, Barleykorn bir şəxs deyil, Londonun içkiyə verdiyi ad idi. Spirtli içkilərə qarşı olan sevgisi onu sonda "alkoqollu xatirələrini" bölüşdüyü avtobioqrafik bir kitab yazmağa sövq etmişdi. O, içki ilə beş yaşında tanış olmuşdu və o vaxtdan başlayan bu "dostluq" onun başına bir çox qəzalar gətirmişdi. Bir dəfə London o qədər sərxoş olmuşdu ki, Oklend tərsanəsində tökəzləyib dənizə düşmüş və San Fransisko körfəzində oyanmışdı.

6. Vəsiyyəti əsərlərinin yandırılması idi - Frans Kafka

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Kafka öz vəsiyyətində "Hökm" (Das Urteil‎), "Çevrilmə" (Die Verwandlung‎), "Cəza koloniyası" (In der Strafkolonie‎),  "Ocaqçı" (Der Heizer), "Bir kənd həkimi" (Ein Landarzt) əsərləri istisna olmaqla çap olunmuş və ya əlyazma halında qalmış bütün əsərlərini yaxın dostu Maks Broda həvalə etmiş və onları yandırmasını istəmişdi. 

Vəsiyyətdə yazılmışdı:"Əziz Maks, mənim son istəyim: Arxamca buraxdığım hər şey - gündəliklər, əlyazmalar, məktublar, qaralamalar və s. oxunmamış yandırılsın". Lakin Maks bu xahişi yerinə yetirməkdən imtina etmiş, romanları və digər əsərləri 1925-1935-ci illərdə nəşr etdirmiş, beləcə o, öz dostunun karyerasına böyük kömək göstərmişdi.

7. Riyaziyyat dahisi - Luis Kerrol

"Alisa möcüzələr ölkəsində" əsəri ilə tanınan Luis Kerroll əslində riyaziyyat dahisi idi. Bundan başqa, o, yeni sözlər yaradırdı. Belə ki, ingilis dilində onun yaratdığı onlarla söz hələ də istifadə edilir. Hətta "scrabble" adlanan söz oyununun ilk versiyasını da Luis Kerroll ixtira etmişdi. 

8. Qatar stansiyasında donaraq öldü - Lev Tolstoy

Tolstoyun 12 uşağı var idi. Bu uşaqlardan üçü vəfat etmiş, Tolstoy ən qüvvətli iki romanını - "Hərb və sülh""Anna Karenina"nı bu dövrlərdə yazmışdı. 82 yaşında 48 illik evliliyinin sonunda arvadına: "Mənim yaşımdakı insanların etdikləri şeyi edirəm, son günlərimi sükut və təklik içində keçirmək üçün bu dünyadan əl çəkirəm" yazılı bir qeyd qoyub evini tərk etmişdi. Bir neçə gün sonra isə bir qatar stansiyasında donaraq ölmüşdü.