Məşhur siyasətçinin toxunulmazlığı əlindən alındı

Məşhur siyasətçinin toxunulmazlığı əlindən alındı

Almaniya parlamentinin sağçı populist fraksiyasının lideri Aleksander Qauland parlament toxunulmazlığından məhrum edilib. Buna səbəb isə “Almaniya üçün alternativ” partiyasının fəxri sədrinin vergidən yayınmaqda günahlandırılmasıdır.

24media.az Almaniyanın "Speigel" nəşrinə istinadən bildirir ki, Frankfurt prokurorluğunun göstərişi ilə 78 yaşlı siyasətçinin iki mənzilində axtarışlar aparılıb. Bu, almaniyalı partiya sədrinin qalmaqalların mərkəzində olduğu ilk hadisə deyil. Bir neçə gün öncə Bundestaqda İsrail prezidenti Reuven Rivlinin çıxışı zamanı Qouland yuxuya getməklə hər kəsin diqqətini öz üzərinə çəkib. Bundan əlavə, Parlament üzvləri prokurorluğun Xristian Demokrat Birliyindən olan deputat Karin Ştrentsin əmlakının axtarışı və müsadirə edilməsi tələbini də təsdiqləyib. Onu rüşvət almaqda ittiham edirlər.