Məşhur iş adamı Hafiz Məmmədov Arda Turanla görüşüb

Məşhur iş adamı Hafiz Məmmədov Arda Turanla görüşüb

“Bakı FK”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avropa liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb.

24Media xəbər verir ki, görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub.
Xatırladaq ki, Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”nun futbolçusu kimi Arda bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub.

Təxminən yarım saat davam edən görüş zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıblar, keçmiş xatirələri bölüşüblər.
Görüşdən sonra türkiyəli futbolçu bunları deyib: “Hafiz bəyi uzun illərdir ki, tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz bəydən hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land of fire Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy hotelə gəlib, çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.