Mədəniyyət Nazirliyi Alman kilsəsinin görüntülərini yayıb

Mədəniyyət Nazirliyi Alman kilsəsinin görüntülərini yayıb

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Alman lüteran kilsəsinin videogörüntülərini yayıb.

Nazirlikdən 24Media-ya bildirilib ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan kilsə Azərbaycanın Şəmkir şəhərində yerləşir.

Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilmişdir və abidə kimi qorunur.

https://youtu.be/qMV2-SZI3W0