"Legiya" - "Qarabağ" matçının saatı açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın saatı bəlli olub. 

24Media-nın məlumatına görə, oktyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Görüş "Voyska Polskoqo" stadionunda təşkil olunacaq.