Lənkəranda daha dörd şəhid ailəsi yeni mənzillə təmin olunub

Lənkəranda daha dörd şəhid ailəsi yeni mənzillə təmin olunub
Lənkəranda daha dörd şəhid ailəsi yeni mənzillə təmin olunub
Lənkəranda daha dörd şəhid ailəsi yeni mənzillə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı ildən-ilə geniş miqyas alır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəranda daha dörd şəhid ailəsi yeni mənzillərlə təmin olunub. Lənkəranda inşa edilən ikimərtəbəli yaşayış evində mənzillər iki və üç otaqdan ibarətdir.

Mənzil sahibləri ölkəmizdə əhalinin həssas qruplarının müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.

Üçotaqlı mənzillə təmin edilən şəhid Rəmzi Məhərrəmovun anası dövlətin diqqəti və qayğısını qəhrəmanların ruhuna göstərilən ehtiramın nümunəsi olduğunu vurğulayıb.

Qarabağ müharibəsində həlak olan şəhid Elşad Qədirovun ailəsinə də tam təmirli üçotaqlı mənzil verilib.

1993-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olan Anar Rasim oğlu Əliyevin və Vaqif Məmməd oğlu Məmmədovun ailələri də dövlətimizin başçısının tapşırığının icrası çərçivəsində mənzillə təmin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəranda daha iki şəhid ailəsi üçün fərdi yaşayış evi inşa olunub.