Kriptovalyuta bazarında gərginlik: Minlərlə kripto-aktiv çökəcək

Kriptovalyuta bazarında gərginlik: Minlərlə kripto-aktiv çökəcək

Bir neçə kriptovalyuta bazarı izləyicisi bildirib ki, minlərlə token çökəcək və gələcək illərdə mövcud blokçeynlərin sayı azalacaq.

24Media xarici mediaya istinadən xəbər verir ki, hazırda 19.000-dən çox kriptovalyuta və onlarla blokçeyn platforması mövcuddur.

May ayında alqoritmə əsaslanan stabilkoin "TerraUSD" və onunla əlaqəli rəqəmsal token "Luna"nın çökməsi minlərlə mövcud kriptovalyutanın sağ qala biləcəyi sualına diqqət çəkib.

"Web3" Fondunun baş direktoru Bertran Perez keçən həftə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda CNBC-yə müsahibə verib:

"Keçən həftə Terra məsələsində gördüyümüz kimi, həddən artıq çox blokçeyn, həddən artıq çox token olduğu mərhələdəyik. Bu, istifadəçiləri çaşdırır və onlar üçün bəzi risklər yaradır. İnternetin başlanğıcında bir çox ".com" şirkətləri var idi. Bunların əksəriyyəti dələduzluq saytları idi və heç bir dəyər gətirmədi. Bu şirkətlərin hamısı bazardan təmizlənib. İndi bizim çox faydalı və qanuni şirkətlərimiz var”, - deyə Perez bildirib.

Lətif İsmayılov