Kosmik hava şarlarına bilet satışına başlanılıb

Kosmik hava şarlarına bilet satışına başlanılıb

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən "Space Perspective" kosmik turizm şirkəti stratosferə göndəriləcək olan hava şarları üçün bronlaşdırma prosesini aktivləşdirib.

24Media xəbər verir ki, 8 nəfəri daşımaq potensialına malik, həmçinin 30 kilometr havaya qalxa biləcək olan hava şarlarına bilet qiyməti 125 min dollar təşkil edir.

Bu qiymətə səhər yeməyi, müxtəlif içkilər, hamam və bar xidmətləri daxildir. Sərnişinlər həmçinin kapsulun içindən 360 dərəcəlik Dünya mənzərəsini seyr edə biləcəklər. Bununla yanaşı, kapsulun içərisində sərnişinlər üçün yaşadıqları təcrübəni anbaan bölüşməyə imkan yaradacaq WI-FI-da aktivləşdiriləcək.

Qeyd edək ki, ümumilikdə 6 saat davam etməsi planlaşdırılan  səyahətlərin 2024-cü ildən başlayacağı bildirilib.