Koronavirusu təyin etmək üçün tətbiq hazırlanıb

Koronavirusu təyin etmək üçün tətbiq hazırlanıb

24 Media xarici mətbuata istinadən xəbər verir ki, Kembric Universitetinin "COVID-19 Sounds" tətbiqi istifadəçilərin nəfəs və öskürək səsini toplayır. Tədqiqatçılar istifadəçinin daxil etdiyi hər məlumatın doğru olmadığını desələr də, onlardan son 14 gün ərzində koronavirus diaqnozu qoyulub qoyulmadığını soruşurlar. 


Tətbiq istifadəçilərin yaşları, cinsiyyətləri, səhhətləri, siqaret çəkib çəkmədikləri və başqa suallara da cavab istəyir. 
Qeyd edək ki, bu tətbiq İOS və Android üçün nəzərdə tutulub.