Koronavirus nə vaxta qədər davam edəcək?

Koronavirus nə vaxta qədər davam edəcək?

Hazırda bütün dünya "COVİD-19" virusu ilə mübarizə aparır. Koronavirusa qarşı vaksinin hələ tam olaraq tapılmadığını nəzərə alarsaq, insanlar ümidlərini yalnız virusun gəldiyi kimi də gedəcəyinə bağlayıblar.

24 Media Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Çində koronavirusa yoluxanların 94%-i sağalıb. Çinin Virusun yayılmasını gizlətdiyi kimi bu məlumatının da yalan olduğunu düşünsək dünya hələ bu virusla çox mübarizə aparacaq. Lakin bu, həqiqətən də doğrudursa, sözügedən virusun 3 aya qədər yaşadığını təxmin edə bilərik. Ölkəmizdə də virus mart ayının əvvəlində yayıldığına görə, uzlaşmaya əsasən "COVİD-19" bizimlə iyun ayının əvvəllərində vidalaşacaq.

Bəs alimlər bu barədə nə deyir?

Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverevin dediklərinə görə, koronavirus infeksiyası bundan sonra da yoxa çıxmayacaq, virus bəşəriyyətlə həmişəlik qalacaq.

Onun sözlərinə görə, bu virusa planet əhalisinin 70%-i yoluxacaq: “Ölüm faizi 5%-dən azdır. Bu qripdən ölənlərin sayından az deməkdir. Qrip virusu ilə birgə yaşadığımız kimi, koronavirusla da birgə yaşayacağıq”, - deyə akademik vurğulayıb.

İngiltərənin Baş naziri Boris Conson isə 12 həftə ərzində vəziyyətin yaxşılaşacağına və “koronavirusu yola sala biləcəklərinə” inandığını deyib.

Ancaq qarşıdakı 3 ayda yoluxma halları azalmağa başlasa belə bu, böhranın bitməsi demək olmayacaq. Koronavirusun yaratdığı dalğanın sakitləşməsinə bəlkə də illər lazım gələcək.