Koronavirus dünyaya bilərəkdən yayılıb?

Koronavirus dünyaya bilərəkdən yayılıb?

Çinin Uhan şəhərində yayılmağa başladı, qısa müddətdə pandemiyaya çevrildi, yüz minlərlə insanın həyatına son qoydu və hələ də dünyanı qorxutmaqda davam edir. Bəli, söhbət dünyanı sözün  əsl mənasında diz üstə çökdürən koronavirusdan (COVİD-19) gedir. 

Sözügedən virus Çində bir neçə nəfərə yoluxanda belə Çin səhiyyəsi onun insandan insana keçmədiyini, uça bilən məməli heyvanlarda rast gəlinən adi bir virus olduğunu demişdi və ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) də bunu birmənalı olaraq təsdiqləmişdi. Bəs necə oldu ki, hər şeydə dünyaya meydan oxuyan Çin və ümumən dünyanın səhiyyə təşkilatı olan ÜST yeni yayılmağa başlayan adi bir virusun qarşısını almaqda aciz qaldı? Çin kimi İran və bir çox ölkələr də virusun yayılmasını niyə gizlətməyə çalışırdı?  Bəlkə hər şey məqsədli şəkildə baş verirdi?

24 Media olaraq bununla bağlı araşdırma etdik, maraqlı, eyni zamanda təəccüblü məqamlarla rastlaşdıq:

Əvvəlcə 2019-cu ilə nəzər salaq. İsraildə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsində Madonna "Future", yəni "Gələcək" adlı mahnısı ilə səhnəyə çıxır, özü də illüminatinin rəmzi olan tək gözlə. Madonnanın sağında və solunda 20-20 nəfər qara qiyafəli şəxslər dayanır. Həmin şəxslərin 2020-ci ilə işarə olduğu aydın şəkildə bəlli olur. Sonra isə həmin şəxslər insanlara tərəf gəlir. 2020-ci ilin göstəricisi olan bu şəxslərin gəlməsi isə yeni ilin gələcəyinə yaxın baş verən hadisələrə işarədir. Eyni anda arxa fonda Avstraliya yanğınlarını xatırladan videolar, daha sonra isə məşhur azadlıq heykəlinin qolunun qırıldığı təsvir olunur.

Çıxışda qara qiyafəli şəxslər bir anda respirator geyinirlər və qiyafələri də ağ rəngə çevrilir. Daha sonra Madonnanın nəfəsi, yəni hava ilə onun ətrafındakılar ölməyə başlayır. Koronavirusun  hava ilə də insanlara yoluxa bildiyini nəzərə alarsaq, bunun da bir mesaj olduğunu anlaya bilərik.

Videonun sonunda isə yenə də illüminatinin rəmzlərindən biri olan üçbucaq işarəsi göstərilir və Madonnanın "wake up", yəni "oyan" çağırışı diqqət çəkir. 

Bir çox araşdırmalarda masonluğun mərkəzlərindən biri kimi göstərilən İsraildə Madonnanın tək gözlə, başında eyni ilə koronavirusa bənzəyən tacla və üzərində yarasanın açıq-aydın şəkildə göründüyü paltarla səhnəyə çıxması sizcə sadəcə təsadüfdürmü? 

Bəs koronavirus illüminati təşkilatının dünyada olan insan sayını azaltmaq üçün istifadə etdiyi bakterioloji silah ola bilərmi?

Daha bir nəzərə çarpan fakt isə "Disney"in çəkdiyi məşhur "Simpsonlar" cizgi filmidir. Uşaqlar üçün nəzərdə tutulsa da bu cizgi filmində indiyə qədər çox sayda təəccüblü hadisələrlə rastlaşmışıq. Onlardan biri də 1993-cü ildə çəkilmiş hissədir. Çindən gələn bağlamada virus aşkarlanır və qısa zamanda hər kəsə yoluxur. Şəhərin küçələri boş qalır, virus bütün şəhəri bürüyür.

 

Qeyd edək ki, bunların hər biri təxminlərdən ibarətdir. Koronavirus təbii şəkildə yayılmış xəstəlik, qəsdən yayılmış virus, bakterioloji silah da ola bilər. Ancaq nəticə etibarı ilə bu, insanları öldürməyə qadirdir. 

Çalışın gigiyena qaydalarına riayət edin, evdə qalın, özünüzü və yaxınlarınızı virusdan qoruyun.