KİV: Bağdadda baş verən yanğın zamanı 55 nəfər həlak olub

KİV: Bağdadda baş verən yanğın zamanı 55 nəfər həlak olub

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfər ola bilər.

24Media xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı bildirib.

Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 45 nəfər faciənin qurbanı olub. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.