Kiber dələduzluğun geniş yayıldığı ölkələr açıqlanıb

Kiber dələduzluğun geniş yayıldığı ölkələr açıqlanıb

SocialCatfish adlı şirkət dünyada kiber dələduzluq hadisələrini araşdırıb. Edilən araşdırmada təkcə ABŞ-da 2020-ci ildə edilən dələduzluq hadisələrinin maliyyətinin 4.2 milyard dollara qədər çıxdığı göstərilib. Siyahıda ABŞ-la yanaşı digər inkişaf etmiş ölkələrin adlarını da görmək mümkündür.

24Media xarici mediaya istinadən xəbər verir ki, kiber dələduzluq karantin müddətində daha da artıb. Tədqiqatlara əsasən, inkişaf etmiş ölkələrdə də dələduzluq hadisələri çox yüksəkdir. Socialcatfish tərəfindən aparılan tədqiqata əsasən, ABŞ-dan başqa Kanada, İngiltərə, Avstraliya və Çinin də siyahıda adı var. Dünyada ən çox kiber dələduzluğa bu ölkələrdə rast gəlinir.

“SocialCatfish”in araşdırmasına görə, dələduzlar daha çox dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”dakı insanları hədəf alır. “Facebook”dan başqa “Google Hangouts”, “Instagram”, “WhatsApp”, “Plenty of Fish”, “Match.com”, “OurTime”, “Zoosk”, “Words With Friends” və “Tinder” sosial şəbəkələrinin adına da siyahıda rast gəlmək mümkündür.