“Karvan-L” MMC şirkətlər qrupu şüşə emalı və mürəkkəb metal konstruksiya zavodunun fəaliyyətinə start verdi

“Karvan-L” MMC şirkətlər qrupu şüşə emalı və mürəkkəb metal konstruksiya zavodunun fəaliyyətinə start verdi

“Karvan-L” MMC şirkətlər qrupu 2008-ci ildən “Karvan-L Glass” adı altında şüşə emalı və mürəkkəb metal konstruksiya zavodunun fəaliyyətinə start verib.

“Karvan-L” MMC-dən verilən məlumata görə, həmin ildən etibarən şirkət tikinti sektorunda mürəkkəb konstruksiyalı və müasir dizaynı özündə birləşdirən metal-şüşə konstruksiya layihələri həyata keçirir. Bu günə kimi həyata keçirilən layihələrin arasında Dənizkənarı bulvarda yerləşən iaşə obyektləri, "Azpetrol" yanacaqdoldurma məntəqələrini və Rusiyanın Mahaçqala şəhərində “Anji” stadionun fasad sisteminin yenidən konstruksiyası layihəsini görmək mümkündür. (layihə şəkilləri burda göstərmək).

Qeyd edək ki, Karvan L şirkəti Azərbaycanla yanaşı, bir neçə xarici ölkədə uğurlu layihələrə imza atmaqdadır. Buna nümunə olaraq, hal-hazırda hazırlıq işləri davam edən Dərbənd şəhərində tikilməsi nəzərdə tutulan “Balıq bina” (Unique Fish) layihəsidir. Təqdim olunan bu layihə ideya olaraq “Karvan-L” Şirkətinin təsisçisi və rəhbəri Əbülfəz Qafarov tərəfindən irəli sürülmüş və layihənin reallaşdırılması zamanı istifadə və tətbiq olunan bütün zəruri material və detallar “Karvan-L” Şirkətində hazırlanıb.

Bununla yanaşı, zavodda şüşə emalına aid kəsim, cilalanma, polirovka, temper (düz, əymə), şüşə üzərində müxtəlif ölçülü dizayn, dəlik və naxışlar, sadə qumlama və dekor, gülləkeçirməz şüşələr, sadə laminasiya kimi çeşidli mürəkkəb sifarişlər peşəkar briqada tərəfindən yerinə yetirilir.