Karate üzrə Avropa çempionatının keçiriləcəyi ölkə açıqlanıb

Karate üzrə Avropa çempionatının keçiriləcəyi ölkə açıqlanıb

Karate üzrə Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib.
24Media xəbər verir ki, qitə çempionatı martın 19-dan 23-dək Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq.
Qeyd edək ki, yarışın əvvəlcə Göteborqda (İsveç) keçirilməsi planlaşdırılmışdı. Ancaq koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən İsveç turniri keçirməkdən imtina etmişdi.