Karantində soyğun hekayəsi: “Locked Down”

Karantində soyğun hekayəsi: “Locked Down”

24Media xəbər verir ki, The Bourne İdentity, Mr & Mrs.Smith, Jumper kimi filmlərin rejissoru olan Dough Limanın "Locked Down" filminin ilk treyleri yayımlanıb.

Filmin ssenari müəllifi "Peaky Blinders" serialı ilə adını çox eşitdiyimiz Stiven Nayt-dır. 

Locked Down treyler -

Dough Liman filmdə cütlüklərin karantin atmosferində yaşadıqları ruh halını ələ alıb. Romantik komediya janrına aid olan film, soyğunla tamamlanır. Treylerin ilk yarısında bizə son zamanlar tanış olan görüntülərlə, "Zoom" görüşləri, maskalarla rastlaşırıq. Filmin baş rollarında Enn Heteuey və Çivetel Eciofor var.

"Locked Down" filminin premyerası 14 Yanvarda "HBO Max" platforması üzərindən baş tutacaq.