Kanye Uest milyarder oldu

Kanye Uest milyarder oldu

Amerikalı məşhur reper, Kim Kardaşyanın həyat yoldaşı Kanye Uest sonunda məqsədinə çatıb. "Forbes" jurnalının cümə günü açıqlanan siyahısı ilə Kanye Uest rəsmi olaraq milyarder qəbul edilib.



24Media xarici KİV-ə istinadən xəbər verir ki, ilk olaraq Uestin geyim markası olan "Yezzy" ilə 1,3 milyard dollar sərvətə çatdığı söylənilib. Daha  sonra sərvətin miqdarının 3,3 milyard dollar olduğu Uestin mühasibləri  tərəfindən təsdiqlənib.

Lakin Uestin milyarderliyinin uzun çəkməyəcəyi barədə iddialar da mövcuddur. Bunun səbəbini isə koronavirus infeksiyasının yayılmasından sonra ABŞ-da ayaqqabı satışının 75% azalması ilə əlaqələndirirlər.