İtaliyalı məşhur kinoprodüser vəfat edib

İtaliyalı məşhur kinoprodüser vəfat edib

Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.

24Media İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, o, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.

Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, “Parisdə sonuncu tanqo”, “Yaxşı, pis, zalım” və “Nyu-Yorkun bandaları” filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.