İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb

İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 24Media-ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.