İslamafobiyanı təbliğ edən 10 OYUN

İslamafobiyanı təbliğ edən 10 OYUN

Bəzi oyunlar, filmlər və seriallar ilk baxışda görə bilmədiyimiz, kiçik detallarda gizli olan mesajlar ötürür. Bəzən isə bunlar müxtəlif anlayışları alçaltmaq məqsədilə istifadə edilir.

Məsələn, milyonlarla insanın oynadığı bəzi oyunlarda İslam dini şiddət və terrorizm ilə yan-yana göstərilir.

24Media sizə İslamla bağlı qəribə detalların mövcud olduğu 10 məşhur oyunu təqdim edir:

1. “Guitar Hero-3”

Oyundakı personaj ərəbcə yazılmış “Allah” sözünün üzərində əyləncəli şəkildə rəqs edir. 

“Ayo Dance” oyununda isə "DJ" 5.000.000 xal qazandıqdan sonra Qurani-Kərimin üzərində rəqs etməyə başlayır.

 

2. "Devil May Cry 3: Dante's Awakening"

Bu oyunda Kəbənin qapısı şeytanın qalasına girişin simvolu kimi təqdim edilir. Oyunda həmçinin illuminatiyə məxsus işarələrdən də istifadə edilib.

3. “Resident Evil”

Oyunun kitabxana hissəsində bütün kitablar rəfdə olsa da, Qurani-Kərim yerə atılmış vəziyyətdədir.

4. “Muslim Massacre”

Oyun hicablı qadınları və saqqallı kişiləri öldürmək üzərinə qurulub. Sonda isə Hz. Məhəmmədin öldürülməsi istənilir.

“Bomb Gazze” adlı oyun da eyni məqsədi daşıyır: Qəzzə şəhəri bombalanaraq çadralı və cübbəli insanlar öldürülür.

5. “Call of Duty”

Oyunda sanitar qovşağının divarında hədisi şərif ilə bəzədilmiş çərçivə asılıb. Çoxsaylı şikayətlərdən sonra bu, qara çərçivə ilə əvəz edilib.

 

7. “Counter-strike”

Oyundakı terroristlər ölərkən “Allahu Əkbər”, “La ilahə illəllah” deyirlər.

“Zack & Wiki” oyununda isə pislik tərəfdarları öləndə son sözləri “Allahu Əkbər” olur.