İraqdan qaçan iki terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

İraqdan qaçan iki terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

İraqın şimalındakı terror düşərgələrindən qaçan iki terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

24media.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, təslim olan terrorçular PKK üzvləridir. Onlar dövlət sərhədini keçərək Türkiyənin Şırnak vilayətinin Silopidəki polis məntəqəsinə gələrək təslim olublar. Bununla da bu həftə Türkiyədə təslim olan PKK terrorçularının sayı 10-a çatıb.

Ekspertlər hesab edirlər ki, PKK sıralarından qaçma hallarının sürətlə artmasının səbəbi Türkiyə tərəfinin həyata keçirdiyi antiterror əməliyyatlarının uğurlu nəticəsi ilə bağlıdır. Uzun illər əhalini təzyiq altında saxlayan PKK güc tətbiqetmə, aldatma, şirnikləndirmə və sair vasitələrdən istifadə edərək sıralarını genişləndirib. İndi isə əhalidə inam yaranıb ki, Türkiyə hökuməti PKK təhdidlərinin qarşısını almaq qüdrətindədir.