İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb.

24media.az-ın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, koronavirusdan sağalma halları Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkəzi, Hormozqan və Kermanşah əyalətlərində qeydə alınıb.

Bildirilir ki, yeni növ koronavirusdan ən çox sağalma halı - 30 - Qum əyalətində qeydə alınıb. Qeyd edək ki, İranda yeni növ koronavirusa 139 nəfər yoluxub, onlardan 19 nəfəri ölüb.