İQ səviyyəsi Eynşteyndən yüksək olan uşaq

İQ səviyyəsi Eynşteyndən yüksək olan uşaq

İngiltərənin ən ağıllı uşağı sayılan 3 yaşlı Ofelya (Ophella Morgan- Dew) Alber Eynşteyn və Stefan Havkinqdən daha yüksək İQ səviyyəsinə sahibir.

24Media xəbər verir ki, uşaq İQ testindən 171 bal toplayaraq Eynşteyni geridə qoyub.

Uşağın anası "O, ilk kəlməsini 8 ayında deyib. Daha sonra rəqəmləri, hərfləri də sürətlə öyrənib və kitab oxumağa başlayıb. Ofelya hətta 1 yaşından əvvəl yaşananları belə dəqiqliklə xatırlaya bilir",- deyə bildirib.

Bütün bunları görən ana övladının hansı intellektə sahib olduğunu öyrənmək üçün onu İQ testindən keçirib və Ofelya ən yüksək nəticə göstərən uşaq olub.