“İnter”in qapıçısı son 6 ildə meydana çıxmadan iki dəfə qırmızı vərəqə alıb

“İnter”in qapıçısı son 6 ildə meydana çıxmadan iki dəfə qırmızı vərəqə alıb

İtaliyanın "İnter" klubunun qapıçısı Tommazo Berni futbol tarixində qeyri-adi statistikaya imza atıb. 

24Media-nın məlumatına görə, 37 yaşlı qolkiper A Seriyasının XXVIII turunda səfərdə "Parma"nı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyat oyunçular skamyasında qırmızı vərəqə alıb. 

Berni bu mövsüm "Kalyari" ilə 1:1 hesabı ilə başa çatan matçda da eyni cəzaya məruz qalıb. 

2014-cü ildən "İnter"in  heyətində yer alan qapıçı rəsmi görüşdə meydana çıxmayıb. 

Qeyd edək ki, Tommazo Berninin müqavilə mövsümün sonunda başa çatır.