"İnter"in futbolçusunun evi qarət olunub

İtaliya "İnter"inin futbolçusu Stefano Sensinin evi qarət olunub.

"24 Media"nın "La Gazzetta dello Sport"a istinadən məlumatına görəi, hadisə Milan təmsilçisinin "Torino"ya qarşı keçirdiyi A Seriyasının XIX tur oyunu zamanı baş verib.

Mətbəxin pəncərəsindən evə daxil olan cinayətkarlar ümumi dəyəri 70 000 avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını oğurlayıblar. 26 yaşlı yarımmüdafiəçiyə dəymiş zərər 200 000 avro olaraq qiymətləndirilib.

Qeyd edək ki, "İnter" - "Torino" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.