İlon Maskın peyk internet şəbəkəsi - Starlink

İlon Maskın peyk internet şəbəkəsi - Starlink

Bildiyimiz kimi, yer üzərindəki internet şəbəkəsinin böyük bir hissəsi yer altı və okean bazalarında olan qitələr arası kabel əlaqələrindən ibarətdir. Yəni, evdə kabelsiz siqnallardan istifadə etsək də, internet əslində kabellerden ibarətdir.

24Media xəbər verir ki, İlon Mask bu problemi aradan qaldırmaq üçün "Starlink" adlı bir ilkə imza atıb.

"Starlink" sadə şəkildə desək, birbaşa peykdən internet paylaşan bir sistemdir. Yer kürəsinin üzərində təqribi 550 km məsafədə yerləşdirilən mini peyklər dünyanın ətrafını əhatə edib. Bu peyklər yüksək sürət və aşağı gecikmə ilə internet paylaşmağı nəzərdə tutub. Digər peykdən ötürülən internet serverlərindən ən böyük fərqi hər bir peykin bir-birinə inteqrasiya olmuş formada işləməsidir.

                       

2021-ci ilin fevral ayından etibarən Yer orbitində 1000-dən çox "Starlink" peyki quraşdırılıb. İlon Maskın hədəfi  bu peyklərin sayını 42 minə çıxarmaqdır. Bunun sayəsində dünyanın ətrafı bir kürə formasında peyklərlə əhatə olunacaq. Beləliklə, dünyanın hər yerində yüksək sürətli internet şəbəkəsi əlçatan olacaq.

"Starlink" modemi və antenası üçün 499 dollar, internet xidməti üçün isə aylıq 99 dollar ödəniş tələb olunur. Lakin bu beta testi üçün təyin olunmuş qiymətdir. Təbii ki, Azərbaycana gəldikdə manat çərçivəsində bəzi endirimlərin olacağı və internetin paketlər formasında müxtəlif qiymətlərdə olacağı  gözlənilir.

Əgər "Starlink" internet şəbəkəsinə qoşulmaq istəyirsinizsə starlink.com adresində e-poçt və yaşadığınız ünvanı qeyd etməyiniz kifayətdir. Əgər yaşadığınız əraziyə internet xidməti verilmirsə, səbirli olun. "Starlink" sizin bölgəyə gəldiyi zaman sizə e-poçt yolu ilə xəbər verəcəkdir.