Hisslərimiz bizi xəstə edə bilər

Hisslərimiz bizi xəstə edə bilər

Nə hiss etdiyimizin və nə düşündüyümüzün sağlamlığımıza birbaşa təsir etdiyini bilirdinizmi? Bütün gün yaşadığımız mənfilikləri düşünməyə başlayanda narahat hiss edirik. Bütün bu narahatlıqlar zamanla sağlamlığımıza necə təsir edir?

Hisslərin bədən xəritəsi

Hisslərin bədən xəritəsi ilə bağlı araşdıma Finlandiyada aparılıb. Araşdırmaya görə, fərqli duyğular bədənin fərqli hissələrində özünü göstərir. Bu araşdırmada ən təsirli məqam duyğuların məkan və irq fərq etmədən oxşar təsirlər meydana gətirməsidir.

Xoşbəxtlik hissi bütün bədənə yayılır

Araşdırmada Finlandiya, İsveç və Tayvan kimi müxtəlif coğrafiyalardan seçilən 700-dən çox iştirakçıya hissləri hərəkətə keçirə biləcək videolar, şəkillər və üz ifadələri göstərilib. Maddələr mübadiləsindəki hərəkətləri ölçən reseptorlar hansı hisslərin bədənin hansı hissələrinə təsir etdiyini müəyyənləşdirmişlər. Araşdırmaya görə:

-Qırmızı və sarı rəngin hakim olduğu hissələrdə duyğu intensivliyi artır.

-Mavi rəngin hakim olduğu hissələrdə isə hisslərin azaldığı müşahidə olunub.

-Sevgi hissi dizlərdən yuxarıya təsir edir.

-Depressiya qol və ayaqlarda hisslərin itkisinə səbəb olur.

-Yalnız xoşbəxtlik hissi bütün bədənə yayılır.

Qəzəb xroniki xəstəliklərlə əlaqədardır

Amerika  Psixologiya Birliyinin apardığı araşdırma qəzəbin qocalıqda iltihab və xroniki xəstəlik riskini artırdığını təsbit etdi. Araşdırma qəzəbin kədərdən daha zərərli olduğunu göstərdi.  

Hisslərimizi boğmaq sağlamlığımız üçün yaxşı deyil

Son araşdırmalar qəzəb və kədər kimi hissləri gizlətməyin ürək xəstəliyi, narahatlıq və depressiyaya səbəb ola biləcəyini göstərir.

Bəs bu mövzuda nə edə bilərik?

Çalışmalar güvəndiyiniz birinə hisslərinizdən söz açmağın effektli olduğunu göstərir.  Hisslərinizi yazmaq, şəkil çəkmək, rəqs etmək, mahnı oxumaq kimi özünüzü ifadə edə biləcəyiniz üsullardan da istifadə edə bilərsiniz.

Bədəninizin fərqli hisslərə necə reaksiya verdiyini müşahidə etsəniz, özünüzü rahatlatmağın və sağlamlığınızı qorumağın yollarını tapa bilərsiniz.