Hekayələrini öyrəndikdə təəccüblənəcəyiniz 10 şəkil

Hekayələrini öyrəndikdə təəccüblənəcəyiniz 10 şəkil

Şəkillər anı dondurur və illər sonra belə orada, o şəkildə qala bilirik. Hər şəklin öz hekayəsi var, ancaq təəssüf ki, bəzilərinin hekayəsi o qədər də xoşa gələn deyil. Aşağıda qəribə hekayələri olan 10 şəkli sizlərlə bölüşürük:

1) Kriştiano Ronaldo ilə tanış olduğu üçün ağlayırmış kimi görünsə də, bu uşaq Beyrutdakı bir hücumda ana-atasını itirmişdi. Ronaldo ilə tanış olmasının tək səbəbi isə hücum zamanı Ronaldo forması geyinmiş şəkildə görüntülənmiş olması idi.

2) 1994 FİFA Dünya Kubokunda Andres Eskobarın səhvən öz qapısına vurduğu bu qol önəmsiz görünsə də, Kolumbiyaya geri qayıtdıqdan bir neçə gün sonra Eskobarın öldürülməsinə səbəb oldu.

3) Braziliyanın "Şapekoense" klubunun oyunçularına aid bu şəkil 2016-ci ildə eyni təyyarədə olan komanda yoldaşları təyyarə qəzasında öldükdən sonra çəkilmişdir. Şəkildəkilər o təyyarəyə minməyənlərdir.

4) Hitlerin ən yaxın dostu və silahdaşı olan Yozef Gebbels şəklini çəkən fotoqraf Alfred Eyzenştadtın yəhudi olduğunu öyrəndiyi o an...

5) Filippinli siyasətçi Reynaldo Dagsa ailəsinin şəklini çəkərkən arxadakı Maykl Gonzales ona sui-qəsd edir.

6) 1997-ci ildə "Heaven's Gate" (Cənnətin darvazası) adlı dini təriqətin bütün üzvləri yadplanetli olduğuna inandıqları varlığa çatmaq üçün qara paltarlar və "Nike" markalı ayaqqabı geyinib intihar etmişdi.

7) Con Lennon ölümündən 8 saat öncə qatili Mark Çepmenə imza verərkən.

8) 1999-cu il 20 aprel Columbine məktəbində çəkilmiş bu şəkildə sol üst və ən arxada dayanan 2 şagird (Erik Harris ve Daylen Kleboid) əli ilə silah işarəti tutub kameraya baxırlar. Şəkil çəkildikdən sonra öz siniflərindən 12 nəfəri və 1 müəllimi öldürüb 24 nəfəri də yaraladılar və ardından intihar etdilər.

 

9) Sudan adlı bu kərgədan nəslinin son nümayəndəsi idi. Qocaldığına görə evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) edildi və baxıcısı onun yanında gözləyir.

10) Bu şəkil 17 yaşlı Tayler Hadley valideynlərini öldürüb, evi təmizləyib şənlik təşkil etdikdən sonra 16 iyul 2011-də çəkilib. Şəkil çəkilən anda ana-atasının cəsədi hələ də yataq otağında imiş.