Havada toz dumanı davam edir

Havada toz dumanı davam edir

Havada toz dumanı davam edir

Milli Hidrometeorologiya Xidmətindən 24Media-ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. 
Toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid  isə 3.3 dəfə yüksək qeydə alınıb.