Həftəsonları ictimai nəqliyyat işləyəcək

Həftəsonları ictimai nəqliyyat işləyəcək

Azərbaycanda oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

24Media-nın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.