Gürcüstanda silah gəzdirmək qanunla qadağan edilir

Gürcüstanda silah gəzdirmək qanunla qadağan edilir

Gürcüstanda “Silahlar haqqında” Qanuna dəyişiklik ediləcək.
24Media xəbər verir ki, silah dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan layihə ölkə parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində müzakirə olunub.
Yeni layihədə qanuna qazla işləyən və səsli (akustik) silahın daşınması qaydalarını tənzimləyən yeni maddə əlavə edilib.
Maddəyə əsasən, qazlı silah müdafiə üçün nəzərdə tutulduğundan onu daşımağa icazə veriləcək, lakin açıq şəkildə gəzdirilməsi və ictimaiyyət qarşısında nümayişi qadağan olunacaq.
Akustik silaha gəlincə, ondan istifadəyə konkret məqsədlər üçün - teatr, film və televiziya tamaşalarının nümayişlərində, tarixi rekonstruksiyalar, parad və idman tədbirlərində icazə veriləcək. Fiziki şəxsə bu cür silahı daşımaq qanunla qadağan ediləcək.
Sənəd baxılması üçün qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinə təqdim olunub.
Qeyd edək ki, qonşu ölkədə indiyədək yalnız publik hüquqi şəxslərə qazla işləyən silah gəzdirməyə icazə verilirdi.