Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

Gürcüstanda Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

24Media “Report”a istinadən xəbər verir ki, sərnişinlər təxliyə olunub.

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb.

Şirkət hadisə yerinə əlavə qatar göndərib.

Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.