Gürcüstanda ötən sutkada 4 673 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb

Gürcüstanda ötən sutkada 4 673 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb

Gürcüstanda son sutkada daha 4 673 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 893 nəfər müalicə olunaraq sağalıb, 36 pasiyent isə vəfat edib.

24Media “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 169 649 yoluxma faktı təsdiqlənib. Yoluxanların 141 392-si sağalıb, 1 576-sı isə ölüb.

Karantin zonalarında 1 186, stasionar nəzarətdə isə 6 829 nəfər var. 3 759 nəfər isə xüsusi otellərdə müalicə olunur.