Gürcüstanda koronavirusdan sağalanların sayı artıb

Gürcüstanda koronavirusdan sağalanların sayı artıb

Gürcüstanda son sutkada 11 nəfər koronavirusdan sağalıb.

24Media “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə bu xəstəlikdən sağalanların ümumi sayı 1 381-ə çatıb.

Qeyd edək ki, Gürcüstanda indiyədək 2 562 nəfərdə COVID-19 aşkarlanıb. Onların 19-u vəfat edib.