Gürcüstanda azərbaycanlılarla ermənilər arasında dava olub – saxlanılanlar var

Gürcüstanda azərbaycanlılarla ermənilər arasında dava olub – saxlanılanlar var

Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

24Media Gürcüstan KİV-nə istinadən xəbər verir ki, davaya səbəb mal-qaranın qonşu örüş saəhisnə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.

Faktla bağlı hər iki tərəfdən saxlanılanlar olsa da, bir neçə saatdan sonra azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb.