"GTA V" oyunu haqqında bilinməyən sirli və qorxulu məlumatlar

Dünyada ən çox satılan oyunlar siyahısında ikinci yeri  "Rockstar North" şirkətinin hazırladığı "GTA V" oyunu tutur. Aksiyon janrında olan bu oyun çıxdığı andan etibarən böyük kütlənin diqqətini cəlb edib. Modern dünyanın reallıqlarını sarkazmla əks etdirən oyun 3 quldurun sərgüzəştlərindən bəhs edir. Amma oyun haqqında çoxları tərəfindən bilinməyən real dünya ilə əlaqəli gizli yerlər və mesajlar- sürpriz yumurtalar (Easter Eggs) var. Oyunu sırf bu gizli mesajları tapmaq üçün dəfələrlə oynayanların sayı da az deyil.  Bu sürpriz yumurtalardan bəzilərini sizinlə bölüşürük:- Yadplanetlilərə inanan insanlara sürpriz etmək istəyən "Rockstar" şirkəti oyunun nəhəng xəritəsindəki "North Yankton" körpüsünün altında buza həbs olmuş yadplanetli məxluq yerləşdirib. Lakin "GTA V" -nin yadplanetli macəraları bununla bitmir. Tongva vadisindəki mağarada bu canlılara aid əşyalar var. O cümlədən, Procopio plajındakı okeanın dərinliklərində batmış "uçan boşqab" mövcuddur. Oyunu 100% bitirdikdən sonra Sandy Shores, Fort Zancudo və  Mt. Chiliad məkanlarının üzərində uçan boşqabları görə bilərsiniz.

- Oyunda ən çox maraq oyandıran sürprizlərdən biri də bu üzdür. Çünki kimə aid olduğu hələ də bilinmir. Bəzi adamlar onun "Breaking Bad" serialındakı Jesse Pinkman olduğunu iddia etsə də, bəziləri oyunun çevrə və dizayn istehsalçısına aid olduğunu düşünür.

- 1991-ci il istehsalı məşhur "Thelma and Louise" filmindəki intihar səhnəsi oyunda yer almaqdadır. Belə ki, qeyri-qanuni işlərlə məşğul olan və polisdən qaçan iki qadın təslim olmaq yerinə maşınla uçurumdan aşağı düşürlər. Oyundakı saata əsasən, axşam 7 və 8 arası helikopterlə Chilian Mountain State Wilderness-dəki Raton kanyonuna getsəniz , bu səhnənin canlı izləyə bilərsiniz.

- Haqqında 3 sənədli film çəkilmiş Amerikan xalq rəqqası Jesco White da oyunda təsvir olunub. Şimal Alamo limanı yaxınlarında tapabiləcəyiniz "rəqs edən qaçaq" deyə tanınan Jesco White evinin önündə rəqs edir.

- "Gta V"-də həyat yoldaşı Jock tərəfindən uçurumdan atılan Jolene Cranleyin ruhunun gəzdiyi bir məkan var. Jock və Jolene-Evans uçurumun kənarında mübahisə edəndə Jock onu itələyir, polis isə qadının özünün yıxıldığını sanır. Belə ki, gecə saat 11 və 12 arası Gordo dağının təpəsinə getsəniz, qayaya qanla "Jock" yazan qorxuducu bir ruh görəcəksiniz. Oyunda ruha  yaxınlaşdıqda  ruh yoxa çıxır.