“Google”un fəaliyyətində problem yaranıb

“Google”un fəaliyyətində problem yaranıb

Bir qədər əvvəl ABŞ-ın “Google” şirkətinin "Gmail", "Youtube" və digər xidmətlərinin fəaliyyətində problem yaranıb.

24Media xəbər verir ki, problemin nədən qaynaqlanması ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, "Google" dünyanın ən böyük axtarış sistemidir və 1998-ci ildə yaradılıb. Onun sahibi olan şirkət 2015-ci ilə qədər "Google", ondan sonra isə "Alphabet” adlandırılıb.