Google Play koronavirusa qarşı xəbərdarlıq edən tətbiqi silib

Google Play koronavirusa qarşı xəbərdarlıq edən tətbiqi silib

Google koronavirusla mübarizə üçün İran tərəfindən ərsəyə gətirilən "Maska" adlı tətbiqi "Play Store" -dan silib. 24 Media Təsnim xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kianuş Cahanpur öz tvitter hesabında bildirib.

"Koronavirusa qarşı istifadə olunan bu tətbiq Qərbin qeyri-insani sanksiyaları ucbatından, cəmisi bir neçə gündən sonra marketdən çıxarıldı"- deyə Cahanpur qeyd edib.

Mətbuat katibi əlavə edib ki, İranın hazırladığı bu tətbiq, insanları ətrafda olan riskli ərazilər barədə xəbərdar edir və onları koronaviruslu bölgələrə getməkdən qoruyurdu.

Qeyd edək ki, Google Play ABŞ tərəfindən tətbiq olunan sanksiyalara görə, iranlı mütəxəssislərə sözügedən platformada hesab açmağa icazə vermir.