“Google” Android istifadəçilərindən razılıq almadan məkan məlumatlarını topladığını etiraf edib

“Google” Android istifadəçilərindən razılıq almadan məkan məlumatlarını topladığını etiraf edib

24media.az "Facemark"a istinadən xəbər verir ki, Android istifadəçiləri məkan icazəsini söndürsələr də, şirkət yer məlumatlarını toplayır.

“Google” həmçinin smartfon istehsalçılarını məxfilik parametrlərinə girişi çətin qurmağa məcbur edir. Belə ki, istifadəçilərin parametrləri tapması çətin hala gəlir.

Şirkətə qarşı açılan məhkəmədə istifadə olunan sənədlərə əsasən, Google istifadəçinin məkan məlumatlarını toplamaq üçün Wi-Fi və üçüncü tərəf tətbiqetmələr daxil olmaqla müxtəlif üsullardan istifadə edir.

“Google Maps”in keçmiş vitse-prezidenti Jack Menzel açıqlaması zamanı “Google”a data verməməyin tək yolunun yanlış iş və ev ünvanları qeyd etmək olduğunu bildirib. Bundan anlamaq olur ki, istənilən məxfilik sazlamalarına baxmayaraq, proqram istifadəçi informasiyalarını hər zaman toplayır.

Bu sənədlər ABŞ Baş Prokurorluğunun keçən il qaldırdığı məhkəmə prosesinin bir hissəsidir. Şirkət ağıllı telefon istifadəçilərindən yer məlumatlarını qanunsuz olaraq toplamaqda günahlandırılıb.

Qeyd edək ki, bu hadisədən əvvəl ABŞ məhkəməsi IT nəhəngi “Google Chrome”u gizli rejimdən istifadə edənləri izləməkdə ittiham edib.