Gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib

Gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından 24media.az-a verilən məlumata görə, yarışda kişilər 73, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 48, 57, 63 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.

Yekun nəticələrə görə, “Judo club 2012” komandası bütün görüşləri qalib başa vuraraq Azərbaycan çempionatının qızıl medalını qazanıb. “Atilla” 2-ci, “Sumqayıt” klubu isə 3-cü yeri tutub. Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları təqdim olunub.

Qeyd edək ki, gənclərin komanda yarışları ilk dəfə təşkil olunub.