Gəncə şəhər sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Gəncə şəhər sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanovdan 1 kiloqramdan artıq marixuana götürülüb.

"24 Media" AZƏRTAC-a istinadən xəbər verir ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 2 kiloqram 358 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.