Füzulidə keçirilən xeyriyyə aksiyasında 50 uşaq sünnət olunub

Füzulidə keçirilən xeyriyyə aksiyasında 50 uşaq sünnət olunub
Füzulidə keçirilən xeyriyyə aksiyasında 50 uşaq sünnət olunub

Füzuli rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən xeyriyyə aksiyasında 50 uşaq sünnət olunub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən tibbi aksiyaya üç həkim-cərrah, həmçinin 10-dan çox tibbi personal cəlb edilib. Aparılan əməliyyatlar sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla keçirilib. Sünnət edilən uşaqlara hədiyyələr verilib.

Füzuli Dövlət Dram Teatrının aktyorları uşaqlarda yüksək əhval-ruhiyyə yaratmaq üçün şou proqramla çıxış edib. Şaxta baba, Qar qızın, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirak etdiyi proqram uşaqların sevincinə səbəb olub.

Xeyriyyə aksiyasını rayon sakinləri, xüsusilə də aztəminatlı ailələr minnətdarlıq hissi ilə qarşılayıblar. Üç mərhələdə nəzərdə tutulan aksiyada 100 nəfər uşağın sünnət edilməsi nəzərdə tutulur.