Fransadan Azərbaycana 50 yeni lokomotiv gətiriləcək

Fransadan Azərbaycana 50 yeni lokomotiv gətiriləcək

“Fransa İnkişaf Agentliyinin (AFD) suveren krediti hesabına maliyyələşən Biləcəri dəmiryolu deposunda 2014-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC ilə imzalanmış müqaviləyə əsasən gətiriləcək 50 yeni "Alstom" lokomotivlərinin texniki qulluğuna imkan verəcək”.

24Media xəbər verir ki, bu barədə yanvarın 27-də Turizm məsələləri, Xaricdə yaşayan Fransızlar və Frankofoniya üzrə Avropa və xarici işlər nazirinin yanında Dövlət Katibi Jan-Batist Lömuan Bakı yaxınlığındakı bu depoda səfəri zamanı deyilib.

Məlumata görə, deponun tikintisi, fransız şirkəti "Systra"nın nəzarəti altında, Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilib.

Səfər zamanı Dövlət Katibi şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıb və Fransa ilə Azərbaycan arasında dəmir yolu sahəsində əla əməkdaşlığın bu konkret nümunəsini alqışlayıb.