Fransa koronavirusdan ən çox itki verən ölkələr sırasına daxil olub

Fransa koronavirusdan ən çox itki verən ölkələr sırasına daxil olub

Fransada ötən gündə koronavirusdan 418 ölüm hadisəsi qeydə alınıb. Bununla da ümumi ölü sayı 3,024 nəfər çatıb. Yoluxma halları isə 44,550 nəfərə yüksəlib. 24 Media "France 24"-ə istinadən xəbər verir ki, sözügedən ölkə dünyada koronavirusdan ən çox ölüm hadisəsi qeydə alınan ölkələr sırasına daxil olub.

Beləliklə, bu ölkələr- İtaliya, İspaniya, Çin və Fransa ən çox itki verən ölkələrdir.