“Facebook” lisenziyalı musiqilərin istifadəsinə icazə verəcək

“Facebook” lisenziyalı musiqilərin istifadəsinə icazə verəcək

“Facebook Gaming” artıq daha çox kontent yaradıcısına lisenziyalı musiqiləri istifadə etməyə icazə verəcək. 24 media xarici mediaya istinadən bildirir ki, yeni funksiya “Facebook Gaming”dən istifadə edən strimerlər üçün aktiv olacaq.

“Facebook Gaming” partnyoru olan strimerlərin musiqilərdən istifadə etdiyi kimi, artıq “Level Up” statusu alan canlı yayım aparıcıları da lisenziyalı musiqiləri öz yayımlarında səsləndirə biləcəklər.

Qeyd edək ki, kontent yaradıcıları hansısa pleylistlə məhdudlaşdırılmırlar. Bu, onlara istədikləri mahnını səsləndirməyə icazə verir. “Facebook” bildirir ki, yeni funksiya çərçivəsində hələ də bəzi musiqiləri səsləndirmək mümkün deyil. Bu barədə strimerlərə bildiriş göndəriləcək.