“Facebook” 1,3 milyard saxta hesabı blokladı

“Facebook” 1,3 milyard saxta hesabı blokladı

"Facebook" sosial şəbəkəsi 2020-ci ilin oktyabr-dekabr aylarında 1,3 milyard saxta hesabı bloklayıb.

24Media xəbər verir ki, bu barədə "Facebook Inc" şirkəti məlumat yayıb.

Qeyd olunub ki, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında 12 milyondan çox məlumat "Facebook" tərəfindən silinib.