“Facebook” 10 min yeni iş yeri açacaq

“Facebook” 10 min yeni iş yeri açacaq

Amerikanın “Facebook” şirkəti metaversin inkişafı layihəsi çərçivəsində Avropa İttifaqı ölkələrində 10 min yeni iş yeri açmaq niyyətindədir.

24Media Report-a istinadən  xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

“Bu gün qarşıdakı beş il ərzində Avropa İttifaqında 10 000 yeni iş yeri açmaq planlarımızı açıqlayırıq. Bu sərmayə Avropa texnologiya sənayesinin gücünə və Avropa texnologiya istedadlarının potensialına inamın səsidir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Facebook” şirkəri virtual və reallıqdan istifadə edərək yeni hesablama platforması yaratmağa çalışır. Şirkət hesab edir ki, yeni texnologiya internetdəki qarşılıqlı əlaqəni şəxsi ünsiyyət təcrübəsinə mümkün qədər yaxınlaşdırmağa imkan verəcək.