Ermənistanın müdafiə naziri Qarabağdan Azərbaycana hədə-qorxu gəldi

Ermənistanın müdafiə naziri Qarabağdan Azərbaycana hədə-qorxu gəldi

Ermənistanın müdafiə naziri David Tonoyan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
Dünəndən başlayan qanunsuz səfər bu gün başa çatacaq.

24Media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan Qarabağdakı separatçı rejimin “müdafiə naziri”, general-mayor Cəlal Arutyunyanla görüşüb.

David Tonoyan Cəlal Arutyunyanın müşayiəti ilə bir sıra hərbi hissələrdə və ayrı-ayrı bölmələrdə olub.

Erməni jurnalistlərin  sualını cavablandıran Tonoyan, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin sərt ritorikasını xatırladaraq, öz növbəsində hədə-qorxu gəlib. Bildirib ki, Ermənistan ordusu da döyüş əmri gözləyir.